• 09 May 2024

Pakistanda avtobus qəzası – 17 ölü, 41 yaralı

 Pakistanda avtobus qəzası – 17 ölü, 41 yaralı

Pakistanın cənub-qərbindəki Lasbela bölgəsində sərnişin avtobusu qəzaya uğrayıb.

Zengezur.tv  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 41 nəfər yaralanıb.

Hadisənin səbəbi kimi avtobusun böyük çökəkliyə düşməsi göstərilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.