• 20 May 2024

Ukraynanın Çerniqov şəhərinə raket hücumu olub, 4 nəfər ölüb

 Ukraynanın Çerniqov şəhərinə raket hücumu olub, 4 nəfər ölüb
Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərinə raket hücumu edib.

Zengezur.tv xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında yazıb.

“Ölənlər və çoxlu yaralılar var”, – deyə o qeyd edib.

Məlumata görə, Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu üç raketlə vurublar və raket hücumu nəticəsində azı 4 nəfər həlak olub. Yaralıların sayı hələlik məlum deyil.