• 20 May 2024

Baxmut istiqamətində hücum cəhdi ruslara baha başa gəldi – Xeyli sayda hərbçi itirdilər (VİDEO)

 Baxmut istiqamətində hücum cəhdi ruslara baha başa gəldi – Xeyli sayda hərbçi itirdilər (VİDEO)

Rusiya Silahlı Qüvvələrinin Baxmut istiqamətində hücum cəhdi uğursuz olub. Belə ki, Kleşevka kəndi yaxınlığında hücuma keçən rus hərbçiləri Ukrayna ordusunun artilleriya bölmələri tərəfindən məhv edilib.

Bu barədə tanınmış ukraynalı hərbi bloqer Yuri Butusov “Teleqram” kanalından paylaşım edib.

Paylaşımdan açıq-aydın görünür ki, artilleriya zərbələrindən sonra xeyli sayda rus hərbçi həlak olur. Videnon davamında artilleriya atəşinin dayandığı sonra isə ukraynalı hərbçilərin kontrol atışları edərək, sağ qalan rus hərbçiləri öldürdükləri görünür.

Həmin həssas anları təqdim edirik: