• 08 May 2024

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür

 Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür

Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanis Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.
Qazax rayonunun Bağanis Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.
Bağanis Ayrım faciəsi barədə Elçin İsmayıl “Bu, əsl faciə idi” adlı kitab yazaraq 1999-cu ildə “Azərbaycan nəşriyyatı”nda çap etdirmişdir.