• 20 May 2024

Hələ də erməni işğalında olan Qazaxın Bağanis-Ayrım kəndində insanlıq əleyhinə cinayətlər üzrə 18 nəfər axtarışdadır

 Hələ də erməni işğalında olan Qazaxın Bağanis-Ayrım kəndində insanlıq əleyhinə cinayətlər üzrə 18 nəfər axtarışdadır

Zengezur.tv xəbər verir ki, hərbi prokurorluğun mətbuat xidmətindən qeyd olunub ki, bu şəxslər Cinayət Məcəlləsinin soyqırım və əhalini deportasiya etmə və ya məcburi köçürmə maddələri ilə təqsirləndirilir.

1990-cı ilin martın 23-24-də işğal zamanı 10 nəfər xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Həmçinin 12 yaşayış evi qarət edilərək yandırılıb və 438 nəfər yaşayış yerlərindən məcburən didərgin salınıblar.